Peyvəndləmə rəsmən TƏBİB-ə verildi

7-04-2021, 21:51           
Peyvəndləmə rəsmən TƏBİB-ə verildi
Səhiyyə Nazirliyinin immunoprofilaktikanın həyata keçirilməsi sahəsində səlahiyyəti ləğv olunur.

KONKRET.az-ın məlumatına görə, bu, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, immunoprofilaktikanın həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), yəni TƏBİB təmin edəcək.

Qeyd edək ki, yoluxucu xəstəliklərin immunoprofilaktikası profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və ya ləğv edilməsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru