Yaponiyada koronavirusun yeni mutasiyası tapıldı

2-06-2021, 00:01           
Yaponiyada koronavirusun yeni mutasiyası tapıldı
Yaponiyanın qərbindəki Kobe şəhərində koronavirusun yeni mutasiyaya uğramış növü aşkar edilib. Yeni növ 50 yaşlı şəxsin orqanizmində tapılıb.

Həmin xəstə ölkə ərazisini tərk etmədiyi üçün mütəxəssislər yeni mutasiyanın onun orqanizmində formalaşdığını ehtimal edirlər.

Aparılan araşdırmalar nəticəsində həmin növün koronavirusun Britaniya ştammından yarandığı müəyyənləşib.

Bu növün də yüksək yoluxuculuq qabiliyyətinin olduğu ehtimal olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.