Toylara icazə verildi, bəs yas mərasimləri? - Hökumətdən açıqlama

22-06-2021, 15:32           
Toylara icazə verildi, bəs yas mərasimləri? - Hökumətdən açıqlama
Xəbər verdiyimiz kimi, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, iyulun 1-dən etibarən müəyyən qaydalara riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir. Bildiyiniz kimi, 2020-ci ilin mart ayının 13-dən etibarən həm şənlik, həm də yas mərasimlərinin keçirilməsinə icazə verilmirdi. Bügünkü qərarla toy və nişan mərasimlərinə olan qadağa götürülsə də, yas mərasimləri ilə bağlı məsələ qaranlıq qalıb.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bununla bağlı məlumatı yoxdur: “Bununla bağlı hər hansı məlumatım yoxdur. Dəqiqləşdirmək lazımdır”.

Operativ Qərargahın üzvü Rəşad Mahmudov da yas mərasimləri ilə bağlı məsələdən məlumatsız olduğunu deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.