Sülhməramlılar Ağdərədə təlimlərə başladı - FOTO

28-07-2021, 07:29           
Sülhməramlılar Ağdərədə təlimlərə başladı - FOTO
Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları keçmiş Ağdərə rayonu ərazisində təlimə başlayıb.

Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumaa əsasən, təlimlər Sırxavənd kəndi yaxınlığındakı postda keçirilib.

Bildirilir ki, təlimlər müntəzəm döyüş təliminin bir hissəsi olaraq, mümkün pozuntuların qarşısını almaq və müşahidə məntəqəsində təhlükəsizliyi təmin etmək üçün keçirilib.

"Məsuliyyət zonasındakı vəziyyəti izləməklə yanaşı, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti müntəzəm olaraq döyüş hazırlığı və təlimləri həyata keçirir" - açıqlamada deyilir.

Xatırladaq ki, Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatında göstərilən maddələrə uyğun olaraq, Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru