Təlabani Cavid Qurbanov savaşı - Cavid Qurbanov PKK yandaşı olan məmura bata biləcəkmi?

5-05-2015, 11:51           
Təlabani Cavid Qurbanov savaşı - Cavid Qurbanov PKK yandaşı olan məmura bata biləcəkmi?
Cavid Qurbanov Azərbaycan Dəmir Yolları ASC-nin rəhbəri təyin olunduqdan sonra bu qurumda ciddi yoxlamalara start verilib.
TİA.AZ xəbər verir ki, bu üzdən bir çox idarə müdirləri, dəmir yol stansiyalarının rəhbərləri bərk narahatlıq keçirir və yoxlamalardan salamat çıxmaq üçün Cavid Qurbanova «yol» tapmağa çalışırlar. Lakin bu heç də asan deyil. Çünki Cavid Qurbanovun əsas məqsədlərindən biri tədricən Azərbaycan Dəmir Yolları ASC-də «təmizlik» aparmaqdır. Bu üzdən də artıq bir çox idarə müdirləri «çemodan» əhval-ruhiyyəsindədirlər. Hazırda onlar üçün önəmli olan məsuliyyətdən yaxa qurtarmaq və yoxlamaları sakitcə yola verməkdir. Lakin bəzi idarə müdirləri də var ki, onlar Cavid Qurbanova qarşı dirəniş göstərməkdədirlər.
Bu barədə TİA.AZ-ı məlumatlandıran mənbənin iddasına görə Cavid Qurbanova dirəniş göstərən idarə müdirlərindən biri də Keşlə Dəmir Yol Stansiyasının rəisi Təlabani Tahirovdur. Qeyd edək ki, Keşlə Dəmir Yol Stansiyasının rəisi Təlabani Tahirovun qanunsuz əməlləri və özbaşınalıqları haqqında mətbuatda uzun illərdir ki, məlumatlar dərc olunur. Buna baxmayaraq görünməz hamisinə arxayın olan Təlabani Tahirov özbaşınalıqlarını hələ də davam etdirməkdədir.
Mənbənin bildirdiyinə görə Cavid Qurbanov Azərbaycan Dəmir Yolları ASC-yə rəhbər təyin olunduqdan sonra, Təlabani Tahirov yeni rəhbərlə xoş münasibət yaratmağa can atıb. Hətta idarə rəisi tərəfindən Cavid Qurbanova içində yüklü miqdarda vəsait olan «paket» yolladığı da iddia olunur. Lakin Cavid Qurbanov Tələbani Tahirovun yolladığı «paket»i geri yolllamış və bundan sonra Keşlə Dəmir Yol Stansiyasında yoxlamalara start verilib. Hazırda isə yoxlama nəticəsində Keşlə Dəmir Yol Stansiyasında külli- miqdarda vəsaitin mənimsənilməsi faktının aşkarlandığı bildirilir.
Təlabani Tahirov hazırda Cavid Qurbanova açıq «müharibə» elan edib. O öz hamisinə arxayın olduğunu və nə olursa, olsun Cavid Qurbanovun geri addım atacağını bildirdiyi iddia olunur.
Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.