Biləcəri bələdiyyəsinin sədri kimsəsizlərin qəniminə çevrilib

5-05-2015, 12:54           
Biləcəri bələdiyyəsinin sədri kimsəsizlərin qəniminə çevrilib
İlham Xəlilov dünyasını dəyişmiş vətəndaşın torpağını başqasına satıb, Qoşqar adlı şəxslə şərikli biznes artıq problemə çevrilib

Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilovun qəsəbədə satmadığı torpaq sahəsi, habelə etmədiyi qanunsuzluq qalmayıb. İş o həddə çatıb ki, vətəndaşlara satılmış torpaqlar üzrə verilmiş sənədlərin də bir çoxunun saxta çıxdığı məlum olub. Bu azmış kimi, tikinti üçün alınmış pulların da rüşvət olduğu aydınlaşıb.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov artıq boş torpaq sahələrini deyil, həmçinin sahibi dünyasını dəyişmiş əraziləri də ələ keçirməyə başlayıb. Əldə etdiyimiz bilgilərə görə, bələdiyyə sədri indiyə qədər Biləcəri qəsəbəsində bir neçə dünyasını dəyişmiş şəxsin torpaq sahəsini mərhumların qohumları və yaxınlarının xəbəri olmadan başqalarına satıb. Məlumatlarda iddia edilir ki, Xəlilovun əlində konkret siyahı var və ölən vətəndaşların adına olan torpaq sahələrinin yeri müəyyən edilir və ardından da boş olduğu təqdirdə satışa çıxarılır. Hətta bununla bağlı qalmaqallı məhkəmə işlərindən birinə start verilib. Həmin məhkəmə prosesində Biləcəri bələdiyyəsinin sədrinə qarşı olduqla ağır ittihamlar irəli sürülüb. O da vurğulanır ki, təqdim edilmiş faktlar və sənədlər araşdırılacağı təqdirdə, bələdiyyə sədri həbsə belə girə bilər.

Bundan başqa, İlzam Xəlilov həmçinin imkansız və kimsəsiz ailələri də hədəfə alıb. Onun ötən ilin iyun ayında qəsəbənin “Nəqliyyatçı” parkı adlanan ərazisindən iki ailəni Binəqədi qəsəbəsində tikdirdiyi evlərə köçürdüyü artıq təsdiqlənib. Parkın ən gözəgəlimli yerində olan bu evləri isə sökdürərək yerində özünə müasir tipli villalar inşa etdirib.

JAM.AZ xəbər verir ki, Biləcəri qəsəbəsinin sakini Əzizağa Məmmədovun evi də məhz bu «abadlıq işi»nin qurbanı olub. Muradov bildirir ki, 1968-ci ildə tikilən evi bələdiyyə sədri tərəfindən sökdürülüb. Və bu günə qədər ona ev tikmək üçün heç bir kompensasiya verilməyib. Onun sözlərinə görə, bu günə qədər İlham Xəlilovun qəbulunda dəfələrlə olsa da, ona çatacaq pulu ala bilməyib. “2013-cü ildə evim söküldü. Mənə bələdiyyə sədri bildirdi ki, evim əsas yola düşdüyü üçün sökülür. Buna görə mənə 6 sot torpaq sahəsi ayrıldı. Ev tikmək üçün 30 min AZN pul verəcəklərini desələr də bu günə qədər cəmi 10000 azn ala bilmişəm. İlham Xəlilov məni aldadır, bu günə qədər pulumu ala bilmirəm. Elə buna görə 1 ildir ki, kirayədə yaşayıram”.

Bu əsnada onu da dəqiqləşdirmişik ki, İlham Xəlilov Biləcəri qəsəbəsindəki torpaqları Qoşqar adlı şəxslə birlikdə satıblar. Adı çəkilən Qoşqarın əliylə onlarla sot torpaq sahələri addan ada keçirilib ki, bu zaman ciddi maxinasiyalara yol verilib.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.