Zülfüqarlı qardaşlarına Bakıdan Türkiyəyə pul ötürən məmurlar kimlərdir?
5-05-2015, 16:42
Azərbaycandakı bütün mülklərini sataraq Türkiyəyə köçəmüş məşhur iş adamları olan Zülfüqarlı qardaşları artıq Türkiyədə restoranlar şəbəkəsi açmağa qərar veriblər. Zülfüqarlı qardaşları Türkiyədə restoran biznesinə girişərək 50-dən çox obyektlərini istifadəyə veriblər. Dünən bu barədə ölkənin bir sıra saytlarında məlumat yayılmışdı.
Məlumatda bildirilirdi ki, Azərbaycandakı bizneslərini çıxaran qardaşlar hətta Bakıda Səbayel rayonundakı və Bakının bir sıra kəndlərindəki torpaq və ev sahələrini də satışa çıxarıblar. Məlumatlara görə, Azərbaycandan birdəfəlik kömək qərarı verə niş adamları Bakıdakı fəaliyyəti ilə bağlı olaraq hakimiyyətin yüksək dairələrinin narazılığı ilə qarşılaşıblar. Vertikal.az-a verilən məlumata görə, uzun müddət müxalifət mediasında hakimiyyətin əleyhinə çıxışlar edən Nurəddin Zülfüqarlı artıq digər 6 qardaşını da Azərbaycandan çıxarıb. Və digər Zülfüqarlı qardaşları da artıq buradakı qohumlarının vasitəsilə Türkiyədəki bizneslərini genişləndirməkdə qərarlıdırlar.
Bilgilərə əsasən Bakıdan bu qardaşların bizneslərini genişləndirmək üçün dəstək verən bir sıra məmurlar da var. İnformasiyaya görə Sabirabad rayon maliyyə idarəsinin rəisi Hüseynağa Gülüşov və su kanal idarəsinin rəisi Mirəlif Əzizov Zülfüqarlı qardaşları ilə qudadırlar və onların biznesində payçı kimi iştirak edirlər. Məlumata görə, hər iki yerli məmur Azərbaycanda qazandıqlarını Türkiyəyə qudalarına yollayaraq onların bizneslərini genişləndirmələri üçün təklif edirlər. Hətta Mirəlif Əzizovun oğlunun Türkiyədə Zülfüqarlı qardaşları ilə şərik olaraq biznes şəbəkəsində payçıya çevrildiyi də bildirilir.
Bundan başqa, Vertikal.az-a məlumatlara görə, sabirabadlı oliqarx-məmurların barəsində mətbuatda dəfələrlə yazılar yazıldığından onlar övadlarını xaricə çıxarmaqla,gələcəklərini çığortalamaq qərarına gəliblər. Həmçinin hakimiyyətin əleyhinə çıxışlar edib, ölkəmizi xaricdə nifuzdan salmağa, Azərbaycanda iş adamlarına şəraitin yaradılmadığına və iş adamlarına təzyiqlər edildiyinə inandırmaq istəyən Zülfüqarlı qardaşları ilə əlbir olması məqamları da var. Və bu məqamlar hər halda sabirabadlı oliqarx-məmurlardan xaricə daşıdıqları pulların hesabını sormaq üçün böyük əsaslar verir.
Onu da əlavə edək ki, istər maliyyə idarəsinin rəisi Hüseynağa Gülüşov, istərsə də Mirəlif Əzizovun Zülfüqarlı qardaşları ilə ailə quran övladları üçün toy mərasimləri İstanbulda təşkil edilib. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.