Koronavirusa yoluxanlarda sürətli qocalma prosesi müşahidə olunur

8-02-2022, 09:33           
Koronavirusa yoluxanlarda sürətli qocalma prosesi müşahidə olunur
Əgər peyvənd olunmamısınızsa və COVID-19-a yoluxmusunuzsa, deməli, əslində siz növbəti on ildə yaşamalı olduğunuz sağlamlıqla bağlı bütün “macəraları” on gün ərzində hiss edəcəksiniz. Yəni müəyyən mənada çox sürətli qocalmağa bənzəyir.

Bu barədə molekulyar bioloq, Lomonosov adına Moskva Dövlət Universitetinin aparıcı elmi işçisi Maksim Skulaçev COVID-19-un orqanizmin qocalma prosesinə təsirindən danışarkən bildirib.

Onun sözlərinə görə COVID-19-a yoluxan yaşlılar arasında ölüm nisbəti gənclərlə müqayisədə qat-qat yüksəkdir, çünki onların çoxuna növbəti on il yaşamaq qismət deyil.

Eyni zamanda, mütəxəssis qeyd edib ki, postkovid sindromu qocalığın gözlənilməz gəlişinə bənzəsə də, ondan sağalmaq olar.

“COVID-19 və postkovid dövründə insan özünü pis hiss edir, lakin sonra hər şey az-çox normal bioloji yaşa qayıdır. Hələ bunu söyləmək tezdir, amma inanmaq üçün əsas var ki, əgər sağalmağı bacarsanız, o zaman sürətlənmiş qocalma prosesi əksinə gedəcək”, - ekspert vurğulayıb.

Bioloq əlavə edib ki, COVID-19 ilə orqanizmin sürətli qocalması peyvənd olunan insanlarda daha az müşahidə olunur.

“Bu, belə xəstələrdə xəstəliyin daha yüngül formada davam etməsi ilə əlaqədardır”, - deyə Skulaçev yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru