Hemodializ və şəkərli diabetin müalicəsi icbari tibbi sığorta çərçivəsində qarşılanacaq

8-02-2022, 12:15           
Hemodializ və şəkərli diabetin müalicəsi icbari tibbi sığorta çərçivəsində qarşılanacaq
“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” və “Şəkərli diabet üzrə Dövlət Proqramı” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.

Bu barədə Agentlikdən bildirilib.

Qeyd olunub ki, həmin diaqnozların təcili tibbi yardım və təxirəsalınmaz yardım xidmətinin təşkili, ambulator tibbi xidmət üzrə ixtisaslı həkim müayinəsi, tibbi göstəriş əsasında instrumental müayinə və laborator analizlər, radioloji xidmətlər və s. həyata keçirilməsi Xidmətlər Zərfi ilə təminata alınıb. Həmçinin stasionar tibbi xidmət üzrə şəkərli diabet xəstəliyi və onun ağırlaşmalarının da təminata alındığı bildirilib.

Nəzərə çatdırılıb ki, həmin proqramlar çərçivəsində sözügedən xəstəliklərlə bağlı ağırlaşmaların qarşısının alınması, xəstəliklərin profilaktikası sahəsində maarifləndirilmə, vətəndaşların dərman preparatları ilə təminatı və s. xidmətlər təminata alınacaq.
Qeyd edək ki, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” və “Şəkərli diabet üzrə Dövlət Proqramı” fevral ayının sonuna qədər Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru