Azərbaycan təhsil üzrə qlobal reytinqdə 65-cidir

8-02-2022, 17:23           
Azərbaycan təhsil üzrə qlobal reytinqdə 65-cidir
Azərbaycan 2021-ci ildə təhsil üzrə qlobal reytinqdə 78 ölkə arasında 65-ci yerdə qərarlaşıb.

Teref.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə "U.S. News & World Report" hesabatında deyilir.

Reytinqdə iştirak edən MDB ölkələri arasında Azərbaycan yalnız Qazaxıstanı (71-ci yer) və Özbəkistanı (72-ci yer) ötüb. Azərbaycandan daha yaxşı mövqelərdə Rusiya (23-cü yer), Ukrayna (40-cı yer) və Belarus (52-ci yer) qərarlaşıb.

Reytinqin liderləri ABŞ (1-ci yer), Böyük Britaniya (2-ci yer) və Almaniyadır (3-cü yer). Ən zəif mövqe isə Qvatemaladadır (78-ci yer).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru