Gəncə Dövlət Universitetində yeni bəhanə ilə pul yığırlar - Rektorun 150 min manatlıq planı var...
7-05-2015, 16:06
Rektor olimpiyada üçün vəsait lazım olduğunu bəhanə edib tələbələri soyur Gəncə Dövlət Universitetində yenidən pul yığımına start verilib. Bu barədə JAM.AZ-a universitetdə təhsil alan tələbələr məlumat verib. Onların bildirdiyinə görə, rektor Yusif Yusifov bütün dekan və kafedra müdirlərinə hər bir tələbədən imtahanlar üçün imtahan üçün alınan puldan əlavə daha 50 manat alınmasını tələb edib. İddia edilir ki, əlavə pullar keçiriləcək olimpiada bəhanəsi ilə yığılır. Yəni, Yusifov Birinci Avropa Oyunlarına dövlətin pulu çatmadığı və buna görə də tələbələrin maddi yardımlarına ehtiyac olduğu deyilib. Qeyd edilir ki, GDU-nun rektoru bununla orta hesabla 150 min manata yaxın pul əldə edəcək. Və bu pulun onun işdən çıxarılmasını önləmək üçün lazım olduğu vurğulanır. İddia edilir ki, universitetdə yaratdığı xoşagəlməz situasiya ilə bağlı artıq bir neçə dəfə Yusifova xəbərdarlıq edib. Qarşı tərəfi də dunləməyə hazırıq…