15 il ərzində Krım istiqamətində hərbi əməliyyatlar aparılmayacaq
29-03-2022, 17:02
Krım və Sevastopol məsələləri ilə bağlı 15 il ərzində danışıqlar olacaq.
Bu barədə Ukrayna nümayəndə heyətinin üzvü Mixail Podolyak İstanbulda baş tutan görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O əlavə edib ki, bu müddət ərzində Krım istiqamətində hərbi əməliyyatlar aparılmayacaq.
Podolyakın sözlərinə görə, humanitar koridorların açılması üçün razılaşma əldə olunub, lakin tam şəkildə atəşkəsin tətbiqi üçün Rusiya ordusu 23 fevrala qədər olduğu mövqelərinə geri dönməlidir. (APA)