İcra başçıları ilə bağlı rəsmən gizli sorğu sifariş edildi - Tərtər, İmişli, Zərdabda
8-05-2015, 15:09
Azərbaycanda fəaliyyət göstərməyən, hakimiyyətlə sıx əməkdaşlıq edən bir beynəlxalq sosial sorğu institutu ölkədə sorğu keçirib. Redaksiyamıza verilən məlumata görə, sosial sorğunun keçirilməsi sifarişi yuxarı dairələrdən verilib. Məlumata əsasən sorğunun keçirilməsindən yerli icra hakimiyyətlərinin belə xəbəri olmayıb.
Sorğu blanklarında heç kimin adı və soyadı yazılmayıb. Lakin qoyulmuş sualların əksəriyyəti məmurların əhali ilə davranışları, şikayətləri, mövcud sosial durumlarına əks etdirən suallardan ibarət olub. Məlumata əsasən bir cəbhə bölgəsi - Tərtər, iki Aran rayonu olan Zərdab və İmişlidə həyata keçirilib. Sorğunun keçirilməsi mexanizminə əsasən seçilmiş bir ünvan üzrə küçə qeyd edilir. Sorğu agentləri blankları X.X adlı küçənin 1 saylı mənzilindən başlayıblar. Daha sonra isə bir mənzil buraxılıb və digər 3 saylı mənzildə keçirilib. Respondentlərin heç birinin adı sorğuda qeyd edilməyib. Yalnız ailə başçısı olaraq cinsiyyəti göstərilib. Ailə başçısının ətrafında olan digər insanlarla bağlı olaraq - bacı, qardaş, oğul və qız olaraq göstərilib. Sorğuların sonucları da barədə yuxarı dairələrə verilən hesabatda yerli məmurlardan narazı olan dahaçox Tərtər və İmişlidə müşahidə edilib. Hələlik nə Tərtər, nə də İmişli Rayon İcra Hakimiyyətlərində bu sorğuların sonucu barədə informasiya yoxdur.
GUNDEMİNFO.AZ-a danışan mənbə bildirir ki, əhalinin kütləvi olaraq narazılıq etməsinin sonucu olaraq insanlar ən yüksək dairələrə anonim olaraq şikayət etdiklərini zənn ediblər. Sorğu blanklarının bir nüsxədən ibarət hazırlandığı və xüsusi mühafizə edildiyi söylənilir. Məlumata əsasən sorğunun keçirilməsində AMEA-nın Sosialogiya İnstitutunun əməkdaşları olan tanınmış sosioloqlar da iştirak ediblər. Lakin alimlərin iştirakı bir mərşhələyə qədər olub. Sorğu blanklarının yoxlanılması və resspondentlərin cavabları barədə heç bir bilgi verilməyib. Məlumatlara görə, aparılan sorğunun sonucu Tərtərin icra başçısının vəzifəsi ilə vidalaşması ilə nəticələnə bilər.
Buna səbəb kimi isə Tərtərdə sorğunun keçirildiyi ünvanın Kəlbəcər köçkünlərinin yaşadığı qəsəbələrin olması kimi göstərilir. Çünki məlumatlara əsasən Tərtərdə Kəlbəcər köçkünləri yerli icra hakimiyyətinin onlara qarşı diskriminativ yanaşma sərgiləmiəsi göstərilir və köçkünlərin yuxarı instansçiyalara şikayətləri kifayət qədər çoxdur.