"Oazis" restoranı ilə bağlı maraqlı fakt

8-05-2015, 15:31           
"Oazis" restoranı ilə bağlı maraqlı fakt
Paytaxtda yerləşən bir sıra restoranların fəaliyyəti narazılıq yaradır. Belə məkanlar insanların rahatlığını təmin etməklə yanaşı həm də narazalıq yaradır. Bu yaxınlarda "Oazis" restoranında baş verənlər heç kimin yadından çıxmayıb. Ailəsi ilə istirahətə gələn qonaqlar restoran mühafizəçilərinin müdaxiləsi ilə üzləşdi.

Amma nədənsə, "Oazis" restoranının sahibi baş vermiş cinayət hadisəsini bağlamağı bacardı. İş polisdə olsa da, hansısa səbəbdən barışıq əldə edildi. Təbii ki, bu faktın özü onu göstərir ki, adıçəkilən restoran heç də düzgün fəaliyyət göstərmir.

Bu yaxınlarda restoranda qonaq olan müştərilərdən biri əməkdaşımızla söhbətində maraqlı məqama toxunub. Bildirib ki, "Oazis" restoranında məclisdə imiş. Bu vaxt müşahidə edib ki, kənar masada əyləşmiş bir neçə gözəl görkəmli xanımlar burada özlərinə müştəri axtarırlar. Sonradan öyrənib ki, həmin xanımlar həftənin bir neçə günü burada öz çirkin niyyətlərini həyata keçirirlər. Tapdıqları müştərilərdən gələn gəlirdən isə restoran rəhbərliyinə pay çatır. Məlumatlı şəxs bildirir ki, restoran rəhbərliyinin bu məsələdə qazancı ondan ibarətdir ki, həmin xanımlardan hansısa biri özünə əks cinsin nümayəndəsini tapdıqda keçib kənar masalardan birində əyləşirlər və bu zaman xanımın sifarişi ilə stola min cür naz-nemətlər düzülür. Təbii ki, "Oazis" kimi qiymətlərin baha olduğu restoranda məclisin sonunda verilən qəbzdəki hesab başgicəlləndirən olur. Bu yolla qızlar digər müştərilərinə sözün əsl mənasında "torba" tikir.

Bu istiqamətdə apardığımız araşdırmalar zamanı məlum oldu ki, artıq adıçəkilən restoranın fəaliyyəti ilə bağlı aidiyyəti qurumlar tərəfindən xüsusi tapşırıq verilib. Yaxın zamanlarda restoranda ciddi yoxlamaların aparılacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.