Bərdədə qəssablara qarşı təzyiq var? Şikayətlərini dinləyən yoxdu

8-05-2015, 16:29           
Bərdədə qəssablara qarşı təzyiq var? Şikayətlərini dinləyən yoxdu
Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından olan Bərdədən fermerlər Redaksiyamıza gileylərini bildiriblər. Bərdə şəhərində mal əti biznesi ilə məşğul olan 30-dan çox iş adamı şikayətlərində son zamanlar onlara qarşı təzyiqlər edildiyini bildirirlər. Qəssablar deyir ki, epidimioloqlar, vergi müfəttişləri bir yandan, onlara qarşı icra hakimiyyətindən də təzyiqlər edilir. Sahibkarlar şəhərdə inşasına başlanan istənilən kiçik bir obyektdə «şərik edildiklərini» bildirirlər. Yaranmış vəziyyətlə bağlı dəfələrlə icra başçısı Vidadi İsayevin qəbulunda olsalar da, onlara olumlu cavab verən olmayıb.

Şikayətçilər deyir ki, Bərdə şəhərində ətraf rayonların ən böyük mal bazarı yerləşir. Qəssablar ətin qiymətini digər rayonlarla müqayisədə aşağı sala biləcəklərini desələr də, onlara qarşı edilən təzyiqlərdən sonra qiyməti endirə bilmirlər. Həmçinin «Mal bazarı»nın sahibləri rayon rəhbərliyi ilə anlaşmalarının sonucu olaraq xırda qəssabxanaları bağlamaq məcburiyyətində qalıblar. Mal-qara alveri ilə məşğul olğan bazar sahibləri kiçik qəssabxanaların işini sıradan çıxarmaq üçün əllərindən gələni edirlər.
GUNDEMİNFO.AZ-a müraciət edən qəssablar onlara qarşı basqıların ortadan qalxmayacağı təqdirdə Bakıya kütləvi şəkildə şikayətlər yollamağa hazırlaşdıqlarını bildirirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.