Bizi "!zapravka"larda necə soyurlar

12-05-2015, 09:38           

“İST Petrol” qaydaları pozub.

TİA.AZ qafqaznews.az- istinadən xəbər verir ki, Bakının Tbilisi prospektində, Zooparkın yaxınlığında və Əhmədli qəsəbəsində “IST Petrol” yanacaqdoldurma stansiyaları fəaliyyətdədir. Ancaq sözügedən yanacaqdoldurma məntəqələrində istehlakçılara təqdim olunan yanacaq həddindən artıq keyfiyyətsizdir. Yanacağın tərkibinə yad maddələr qatılır. Bu isə həm avtomobilə, həm ekologiyaya mənfi təsirsiz ötüşmür.

Bundan başqa, “İST Petrol” müştəriləri aldatmaqla da məşğuldur. Fırıldaq yoluyla müştərinin verdiyi məbləğə uyğun yanacaq doldurulmur. Deyilənə görə, oradakı personalın xidməti sıfıra bərabərdir. Çox vaxt işçilər yerində olmurlar. Bu da müştərilərin narazılığına səbəb olur. Hətta elə işçilər var ki, xidmət göstərdikləri zaman mobil telefondan istifadə edirlər. Bu da hər kəsə bəllidir ki, “zapravka”larda mobil telefonlardan istifadə olunması da təhlükəsizlik qaydalarına uyğun deyil. Üstəlik, “zapravka”lar evlərə yaxın yerləşir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.