Təzə təmir olunan körpü uçdu - Ziya Məmmədov nə fikirləşir?

13-05-2015, 10:27           
Təzə təmir olunan körpü uçdu - Ziya Məmmədov nə fikirləşir?
Ələt- Astara yolundakı körpü yenidən dağılıb

infom.az-ın Cənub bürosuna daxil olan məlumata görə, bu gün axşam saatlarında Lənkəran rayonu ərazisindən keçən Boladi çayının üzərindəki körpü çöküb.

Hadisə zamanı ölən və yaralanan olmasa da, Ələt-Astara yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.

Körpünün dağılma səbəbi hələlik dəqiq müəyyən olunmasa da, onun ağır tonnajlı maşıların yükünə davam gətirməməsi ehtimal olunur.

Verilən məlumata görə, sözügedən körpü 6 ay öncə əsaaslı təmir olunub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.