Benyamin Netanyahu xəstəxanaya yerləşdirilib

6-10-2022, 08:05           
Benyamin Netanyahu xəstəxanaya yerləşdirilib
Sabiq baş nazirin hazırda özünü yaxşı hiss etdiyi bildirilir

İsrailin keçmiş baş naziri, “Likud” partiyasının lideri Benyamin Netanyahu xəstəxanaya yerləşdirilib.

AYNA xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Məlumata görə, keçmiş baş nazirin səhhəti Yom Kippurda dua edərkən pisləşib.

Siyasətçini xəstəxanaya sürücüsü Şearey Zedek aparıb və hazırda özünü yaxşı hiss edir.

Netanyahu 2021-ci ilə qədər İsrail hökumətinin başçısı olub, hazırda o, baş nazir postuna əsas namizədlərdən biri sayılır.

Qeyd edək ki, İsraildə növbədənkənar parlament seçkiləri noyabrın 1-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru