Gəncə və Mariupol - viran qalmış şəhərlərlə bağlı videoçarx hazırlanıb
9-10-2022, 09:58
İki rusiyalı müstəsna üsulla səfərbərlikdən yayınmaq qərarına gəlib. Onlar Berinq dənizi üzərindən qayıqla ABŞ-a üzüblər. “UNİAN”- ın məlumatına görə, bu barədə Rusiyanın «Baza» teleqram-kanalı xəbər verib.
Bu həftə iki qoçaq qayıqla Alyaskanın yaxınlığındakı Müqəddəs Lavrenti adasındakı Qambell şəhərinə gəlib.
ABŞ-ın sahil mühafizəsi bu qeyri-adi desantları qeydə alıb və o saat əraziyə sərhədçiləri çağırıblar. Tezliklə rusiyalıları təyyarə ilə Amerika materikinə - Ankoric şəhərinə göndəriblər.
Situasiya qarışıqlıq yaradıb. Dövlət Departamenti bu insident barədə məlumatı Daxili Təhlükəsizlik Nazirliyinə ötürüb.
Ştatın qubernatoru isə bununla bağlı mətbuat konfransı çağırıb. Onun sözlərinə görə, rusiyalıların gəlişi gözlənilməz olub. Həmin iki kişi Rusiya Federasiyasının materik hissəsindən start götürüb və Berinq dənizini keçib.
Rusiyalıların şəxsiyyəti barədə detallar onların ailələrinin təhlükəsizliyi baxımından açıqlanmır.