İlon Mask məğlub olduğu və döyüşə bilməyəcəyi yeganə insandan danışdı - FOTO

11-10-2022, 11:24           
İlon Mask məğlub olduğu və döyüşə bilməyəcəyi yeganə insandan danışdı - FOTO
“Tesla”nın icraçı direktoru və biznesmen İlon Mask 4 ay əvvəl cinsiyyətini və adını dəyişən 18 yaşlı qızı Vivianla “döyüşə” bilməyəcəyini deyib.

Milyarder bu barədə “Financial Times” qəzetinə müsahibəsində etiraf edib.

Onun sözlərinə görə, övladının ondan uzaqlaşmaq qərarına təhsil müəssisələrindəki “neo-marksistlər” təsir edib.

“Bu, əsl kommunizmdir və toplu fikirdir ki, əgər zənginsənsə, deməli pissən”, - deyə biznesmen bildirib.

Bununla belə o, qızına hansı təhsil müəssisələrinin təsir etdiyini açıqlamayıb.

Mask qeyd edib ki, onun Vivianla gərgin münasibətləri gələcəkdə dəyişə bilər.

“Mənim bütün digər (uşaqlarımla) çox yaxşı münasibətim var. Onların hamısına qalib gəlmək mümkün deyil”, – deyə milyarder vurğulayıb.

Xatırladaq ki, amerikalı milyarderin 18 yaşlı oğlu Xavyer bu il özünü transgender elan edib, adını və cinsiyyətini dəyişərək qadın olub. O, həmçinin məşhur atasının soyadından çıxaraq anası Castinin soyadını götürüb.

“Mən artıq bioloji atamla heç bir əlaqəmin olmasını istəmirəm”, - deyə Vivian məhkəmədə bildirib.

Qeyd edək ki, İlon Mask ilk həyat yoldaşı Castin Uilsonla universitetdə tanış olub. Cütlük 2000-ci ildə evlənib, 2008-ci ildə isə boşanıb. Cütlüyün birlikdə beş övladı var. Maskın ümumilikdə yeddi uşağı var.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru