Döyüşlər şiddətlənir: Rus ordusu beş istiqamətdə hücuma keçdi

9-03-2023, 12:06           
Döyüşlər şiddətlənir: Rus ordusu beş istiqamətdə hücuma keçdi
Ukrayna müdafiə qüvvələri son sutka ərzində cəbhə xətti boyunca Rusiya işğalçılarının 110-dan çox hücumunu dəf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya əsas səylərini Kupyansk, Liman, Baxmut, Avdiv və Şaxtyoru ələ keçirməyə yönəldib. Hazırda bu istiqamətlərdə hücum əməliyyatları davam edir.

Baş Qərargah onu da bildirib ki, sutka ərzində Ukrayna ordusunun aviasiyası işğalçıların canlı qüvvələri və hərbi texnikalarının cəmləşdiyi yerlərə sarsıdıcı zərbələr endirib. Baxmut yaxınlığında Rusiyaya məxsus SU-25 MANPAD sistemi ilə vurulub.

Ukrayna aviasiyası ümumilikdə Rusiya ordusuna 11 zərbə endirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.