"WhatsApp"da süni intellektdən yararlanaraq mesaj yaza biləcəksiniz
Bu gün, 17:54
“WhatsApp” messenceri istifadəçilərə mesajları formalaşdırmağa kömək edəcək yeni süni intellektlə işləyən funksiyanı təqdim edib. Bu barədə platformanın bloqunda məlumat verilib.
"Bəzən nə demək istədiyinizi bilirsiniz, ancaq bunu necə yazmaqda çətinlik çəkir, sizin köməyə ehtiyacınız olur. Ona görə də bu gün biz "Yazışmada yardım" funksiyasını təqdim edirik", - bloqda yazılıb.
Yeni funksiya istifadəçilərə mesaj yazmağın bir neçə üslubunu təklif edəcək. Məsələn, peşəkar, yumoristik və ya dəstəkləyici üslüblar var. Funksiya "Private Processing" texnologiyası ilə təchiz edilib.
Hazırda bu funksiya ABŞ və digər ölkələrdə ingilis dilində mövcuddur. Messencer gələcəkdə dillərin və ölkələrin sayını genişləndirməyi planlaşdırır.