Termometr 49 dərəcəni göstərdi! Şəhərdə həyat dayandı, küçələr boşaldı
Bu gün, 00:00
Türkiyədə hava istiliyinin ən yüksək ölçüldüyü şəhərlərdən biri olan Şanlıurfada termometrlər 49 dərəcəni göstərib.
Sherg.az xəbər verir ki, Şanlıurfada mövsüm normallarının üzərində davam edən istilik həyatın gedişatına mənfi təsir göstərir. Atatürk Bulvarındakı termometr 49 dərəcəni göstərib, istidən qorunmaq istəyən sakinlər Balıklıgöl ərazisi, parklar və ağac kölgələrində sərinləməyə çalışıblar. İstilik səbəbindən bəzi bölgələrdə şəhərdə sakitlik müşahidə olunub.