Saakaşvilinin keçmiş xanımı və oğlu mitinqçilər arasında
10-03-2023, 11:54
Gürcüstanda xalqın hökumətə qarşı çıxdığı kütləvi aksiyada bu ölkənin hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin keçmiş xanımı Sandra Elizabet Saakaşvili-Rulofsoğlu və oğlu Eduard Saakaşvili də iştirak edib.
Sosial şəbəkələrdə verilən xəbərə görə, hər iki şəxs mitinqçlər arasında olaraq, şüarlar səsləndirib.