Katolik keşişlərə ailə qurmaq icazəsi verilə bilər

13-03-2023, 11:44           
Katolik keşişlərə ailə qurmaq icazəsi verilə bilər
Roma Papası Fransisk martın 12-də Argentinanın Perfil nəşrinə müsahibəsində Katolik Kilsəsinin ruhaniləri üçün subaylıq andına yenidən baxmaq istəmədiyini bildirib.

Lakin Pontifik bəyan edib ki, subaylıq andı nizam-intizamı qorumaq üçün lazım olan müvəqqəti göstərişdir.

O, bu andın nə vaxtsa ləğv oluna biləcəyini etiraf edib, lakin belə bir tədbirin insanları keşişlər sıralarına cəlb etməyə kömək edəcəyinə şübhə ilə yanaşır.

“Görəcəyik ki, vaxt gələcək, Papa yenidən məsələ barəsində düşünəcək. Mən hələ hazır deyiləm, amma bu, açıq-aydın nizam-intizam məsələsidir”, - pontifik bildirib.

Mənbə: rossaprimavera.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.