Zəlzələ Pakistana da təsir etdi - Ölü və yaralılar var - FOTOLAR

22-03-2023, 10:28           
Zəlzələ Pakistana da təsir etdi -
Əfqanıstanda baş verən güclü zəlzələ Pakistanda dağıntılara və itkilərə səbəb olub.

Cebhe.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

Zəlzələ 194 km dərinlikdə baş verib və episentri Əfqanıstanın ucqar şimalındakı Bədəxşan əyalətinin yaxınlığında, Hindukuş dağ silsiləsində yerləşib.

Pakistanın şimalındakı Svat rayonunda zəlzələnin təsiri ilə divar uçub, 13 yaşlı qız həlak olub, 34 nəfər isə yaralanıb. Əfqanıstanda dağıntıların olub-olmaması barədə məlumat verilməyib, hazırda yoxlamalar aparılır.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 6,5 ​​bal gücündə olun, Pakistan, Hindistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan və Türkmənistanda təxminən 285 milyon insan tərəfindən hiss edilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru