“Azərsu”nun Beyləqan korrupsiyası: Hüseynov hansı MMC ilə pullar silib?

16-05-2015, 21:55           
“Azərsu”nun Beyləqan korrupsiyası: Hüseynov hansı MMC ilə pullar silib?
“Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovla bağlı müxtəlif iddialar irəli sürülür.

TİA.AZ xəbər verir ki, Qorxmaz Hüseynovun da korrupsiya əməlləri barədə mətbuatda yetərincə məlumatlar dərc edilib.
Q.Hüseynovun “Azərsu”da özünə qohumlarından ibarət komanda yaratdığı, milyonların dövr etdiyi podratçı şirkətlərin az qala hamısının onun yaxın adamlarına aid olması barədə xəbərlər də yeni deyil.
Mənbə Asiya İnkişaf Bankı ilə bağlanan müqaviləyə əsasən, ayrılan 300 milyon manatın bir hissəsinin mənimsənilməsi ilə bağlı kompromatların daha ciddi araşdırılma tələb etdiyini deyir. Həmin vəsait ümumilikdə 300 milyon dolardır.
Su təchizatı və kanalizasiya investisiya layihəsi – 2” çərçivəsində Asiya İnkişaf Bankı tərəfindən güzəştli şərtlərlə ayrılan bu 300 milyon dolların rəsmi sənədlərlə 130 milyon dolları Naxçıvan şəhərində, 170 milyon dolları isə Göyçay, Ağdaş və Beyləqan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına xərclənməlidir.
Bu iş və vəsaitlər həqiqətən də Qorxmaz Hüseynova yaxın şirkətlər arasında bölünüb. Yəni ASC sədrinə yaxın şirkətlər tenderlərdə qalib elan olunaraq, işlər onların sərəncamına verilib. Maraqlı burasıdır ki, bu layihədə Qorxmaz Hüseynovu daha çox Azərbaycan və Almaniya birgə müəssisəsi ” T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG ” şirkətinin «fəaliyyəti» ilə «vururlar». Çünki bu MMC-nin Beyləqanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhər daxilində 77,6 kilometr su, 71 kilometr kanalizasiya şəbəkəsinin yaradılması, 3400 smart-kart tipli sayğacın quraşdırılması prosesində ayrılmış 50 milyon manata yaxın vəsaitə rəğmən, keyfiyyətsiz işlər görməsi iddia olunur.
Məsələn, həmin şirkət su və kanalzasiya xətlərinin çəkilişi zamanı istifadə olunan materialların keyfiyyətsizliyi, qum-çınqılın əvəzinə eroziya uğramış torpaqlardan istifadə edilməsi, beton tələb olunan sahələrdə bundan istifadə edilməməsi və sair faktlar daha çox qabardılaraq, burada iri məbləğdə yeyintiyə diqqət çəkilir.
Üstəlik, həmin MMC-nin sahibi Xəyal Aslanzadənin Qorxmaz Hüseynov və onun qardaşına bağlı olduğu xəbərlərin bir çox dövrü mətbuatda tez-tez hallanması və orada qeyd edilən faktlar da bu «xəmirin hələ çox su» aparacağını göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.