“Bakcell” mobil operatorluqdan çıxıb Bakcəncəll olub - Kütləvi şikayətlər

16-05-2015, 21:59           
“Bakcell” mobil operatorluqdan çıxıb Bakcəncəll olub - Kütləvi şikayətlər
“Bakcell” mobil operatoru tərəfindən minlərlə abunəçisinə qarşı özbaşınalıq olub.

TİA.AZ xəbər verir ki, abunəçilər kütləvi şəkildə şikayət etməyə başlayıb. Nigar İsmayılqızı bildirir ki, 08.05.2015-ci il, saat 10:43 də telefonuna bir sms gəlib: “Hörmətli abunəçi, nömrəniz bir neçə saat ərzində aktiv ediləcək." Saatlarla gözlədim nədənsə telefonum aktiv olmadı. Düşündüm ki, bəlkə borcum var. Bu səbəbdən də səkkiz manat hesabıma pul yüklədim. Buna baxmayaraq, telefonum açılmadı. Balansa baxdım -42.06 borc göstərdi. Elə həmin gün Bakı, Ü.Hacıbəyli küç, 48 (Metro Sahil) ünvanında yerləşən müştəri xidmətlərinə yaxınlaşdım. İçəri daxil olanda bir çox müştərilərin şikayətlərini gördüm. Məni kimi şikayətçilər növbə ilə dayanıb səbəbsiz yazılan mənfi borclar haqqında məlumat alırdılar”.

TİA.AZ abunəçinin dediklərini qeyd edir ki, müştəri xidmətlərinə yaxınlaşıb: “Bakcelldən mənə bildirdilər ki, sizin balansınızda heç bir borc göstərilmir. Yaxın günlərdə nömrəniz aktiv ediləcək. İki gün keçdi nömrə aktiv olmadı. Yenidən Bakcell müştəri xidmətlərinə müraciət etdim. Bu dəfə Bakcell Gold-un əməkdaşı bildirdi ki, sizin hesabda borc göstərilmir.
Yaxın günlərdə sizin xəttiniz aktiv olacaq. Biz Leyla xanıma müraciət etmişik. Yenə iki gün keçdi telefonum aktiv olmadı.
Məcbur olub Bakcell müştəri xidmətlərinə yaxınlaşdım. Müştəri xidmətlərində oturan xanım bu dəfə bir neçə gün öncə dediklərini təkzib etdi. Müştəri xidmətlərindən belə bir məntiqsiz cavab aldım ki, bu borcu mən ödəməliyəm. Səbəb soruşduqda internet paketinin bitdiyini dedilər. Nədənsə internet paketinin bitdiyi haqqında mənə heç bir sms gəlməyib”.

Şikayətçi deyir ki, Bakcell-dən minlərlə abunəçiyə qarşı belə özbaşınalıq hələ də davam edir... Bir sual meydana çıxır: Bakcell müştərilərinə qarşı niyə belə amansızdır? 15.05.2015-ci il bir müştəri kimi şikayətçiyəm hələ də telefonum aktiv deyil. Belə hallarla üzləşən minlərlə Bakcell abunəçisi var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.