Kürdəmir sakini : " İcra Hakimiyyəti şikayətimə baxmır "-VİDEO
18-05-2015, 10:16
Rayonda ticarətçilər rahat şəkildə satışla məşğul olsa da , ona icazə verilmir...
Daim əhalinin sosial problemlərini , şikayətlərini işıqlandıran BTV-yə bu dəfə Kürdəmir rayon sakini Məhəmməd Qurbanov tərəfindən şikayət daxil olub. BTV- nin qaynar xəttinə zəng edən şikayətçi ticarətlə məşğul olmağa icazə verilmədiyini iddia edir. Onun sözlərinə görə rayonda ticarətçilər rahat şəkildə satışla məşğul olsa da , ona icazə verilmir. O bildirir ki, dəfələrlə Kürdəmir rayon icra hakimiyyətinə, rayon polis idarəsinin rəisinə müraciət edib , lakin onun şikayətinə baxılmayıb. Biz də Məhəmməd Qurbanovun səsləndirdiyi iddialara əsasən , məsələyə aydınlıq gətirmək məqsədilə Kürdəmir rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Suallarımızı icra başçısının 1-ci müavini Tacəddin Novruzov cavablandırdı . O , bildirdi ki , adı çəkilən şikayətçi bazarda deyil , yol kənarında satışla məşğul olur. Bu isə antisanitariya şəraiti yaradır. Qeyd edək ki, yol kənarında satış qanunla qadağandır və gigiyenik qaydalara ziddir.