Ötən il qızlar və oğlanlar arasında yaş qruplarına görə nikahların statistikası açıqlanıb.
Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci ildə 61939 nikah qeydə alınıb. Nikaha daxil olan qızlardan 270-i 17 yaşında olub. Bildirilib ki, 17 yaşda kişilər arasında nikah qeydə alınmayıb.
Qadınlar arasında ən çox nikaha daxilolma yaşı 20-24 yaş, kişilər arasında isə 25-29 yaş olub: