Eynulla Fətullayevin Elçin Sadıqova SON ZƏRBƏSİ... - Vəkillər Kollegiyasına şikayət edib
22-06-2023, 18:40

Jurnalist Eynulla Fətullayev tanınmış vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib.
DİA.AZ bildirir ki, bu barədə vəkil özünün "facebook" səhifəsində məlumat paylaşıb.
Açıqlamada deyilir:
"Salam! Sizi, barənizdə başlanılmış intizam icraatı ilə bağlı Vəkillərin İntizam Komissiyasının 24.06.2023-cü il tarixdə, saat 10:00-da keçiriləcək iclasına dəvət edirik. Məkan: Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi Ünvan: Bakı şəhəri, S.Vurğun küçəsi, 32
Vəkillər Kollegiyası yenə bizə qarşı siyasi repressiyanı davam etdirir. Gördülər ki, saxta cinayət işi ilə bir şey alınmır, indi də Eynulla Fətullayevin eyni məzmunlu şikayəti əsasında barəmdə intizam icraatı başlanıb. Halbuki, Eynullanın şikayəti üzrə biz vəkil müştəri münasibətində olmamışıq. Vəkilin evində, ofisində axtarış və götürmə aparılmasına, vəkilin öz peşə fəaliyyətini həyata keçirməsi ilə bağlı siyasi həbsinə, telefonlarımın, komputerimin hələ də baş prokurorluqda saxlanılmasına eturaz etməyən, 12 iyun 2023-cü il tarixdə BMCMİ-nə buraxılmayanda zənglərimə cavab verməyən. Bir dəfə də olsun baş prokurorluğun əməlimdə cinayət tərkibi olmamasına baxmayaraq cinayət təqibinə etiraz etməyən Vəkillər Kollegiyası həmişəki kimi öz “funksiyasını” həyata keçirir.
Hazırda insan hüquqlarını müdafiə edən digər vəkillərə qarşı da əsassız intizam icraatları vardır.
Ümid edirəm ki, bunların qarşısı alınacaq və biz öz peşə fəaliyyətimizi müstəqil icra edə biləcəyik".