Hərbi müxbir: “Kaxovka su anbarının dibində ağır texnikanın keçə biləcəyi sahələr yaranır” - VİDEO

23-06-2023, 11:58           
Hərbi müxbir: “Kaxovka su anbarının dibində ağır texnikanın keçə biləcəyi sahələr yaranır” - VİDEO
Kaxovka su anbarının dibində ağır texnikanın keçə biləcəyi sahələr əmələ gəlir.

Bu barədə RT-nin hərbi müxbiri İlya Vasyunin dayazlaşan Kaxovka su anbarı ərazisindəki vəziyyət bərədə danışarkən bildirib.

O, su anbarının Ukrayna Silahlı Qüvvələrinin hücumu üçün yeni tramplin ola biləcəyi ilə bağlı ehtimalları nəzərdən keçirib.

Onun sözlərinə görə, hazırda su anbarının dibində su və lil var, Ukrayna Silahlı Qüvvələri isə əks istiqamətdən hücuma keçir.


“Lilli hissələr var, həmçinin səthi qayalıq olan hissələr var ki, oradan nəqliyyat vasitələri də keçə bilər və bataqlığa düşməz”, - deyə “Krım” batalyonunun “Qrin” kod adlı döyüşçüsü qeyd edib.

Mənbə: RT












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.