"Vaqner" özəl hərbi qruplaşmasının komandiri Yevgeni Priqojin yarım saatlıq video müraciət edib.
Lent.az-ın məlumatına görə, o bildirib ki, müdafiə nazirliyi rusiyalılardan müharibənin əsl başlama səbəbini gizlədib.
Həmin vaxt Ukrayna ordusunun guya Dombasa hücum edəcəyi və bununla da Minsk müqaviləsinin pozacağı haqqında iddialar ortaya atılmışdı. Rusiya hərbi komandalığı da məhz bunu əsas gətirərək hərbi əməliyyatlara başlamışdı.
Priqojin qəti sürətdə bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Dombasda heç bir hərbi qruplaşması olmayıb və heç kim ora hücum etməyə hazırlaşmırmış.