“Titan” sualtı gəminin qalıqları Kanada limanına çıxardılıb
29-06-2023, 12:08
Horizon Arctic gəmisi Atlantik okeanında partlayan Titan gəmisinin qalıqlarını Kanadanın Sent Cons limanına çatdırıb. Elchi.az xəbər verir ki, bu barədə CBC məlumat yayıb.
Batiskafın hissələri kran vasitəsilə gəmidən boşaldılıb. Telekanalın məlumatına görə, gəmi on gün ərzində cihazın partladığı ərazidə axtarışlar həyata keçirib.
Qeyd edək ki, iyunun 18-də turistlər “Titan” sualtı gəmisi ilə Atlantik okeanında batmış “Titanik” sərnişin laynerinə enməyə başlayıb və yoxa çıxıblar. İyunun 22-də xilasedicilər Titanik yaxınlığında beş böyük batiskaf qalıqlarını aşkar ediblər.