Sürüşmə səbəbindən bağlanan Bakı-Şamaxı-Qəbələ yolu açıldı - YENİLƏNİB + FOTO/VİDEO

30-06-2023, 09:52           
Sürüşmə səbəbindən bağlanan Bakı-Şamaxı-Qəbələ yolu açıldı - YENİLƏNİB + FOTO/VİDEO
“Hazırda Bakı-Şamaxı-Qəbələ yolunda dağılmış yol sahəsində bərpa işləri aparılır. Nəqliyyatın hərəkətində məhdudlaşdırılma yoxdur”.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, əraziyə cəlb edilmiş DYP əməkdaşları yolda nəqliyyatın hərəkətini tənzimləyərək təhlükəsizliyi təmin edirlər:

“Hazırda sözügedən yolda nəqliyyatın hərəkəti maneəsiz təşkil edilir. Qeyd olunan ərazidə və alternativ yollarda hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb”.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.