ABŞ İranın hərbi qüvvələrinə zərbələr endirə bilər

2-02-2024, 12:54           
ABŞ İranın hərbi qüvvələrinə zərbələr endirə bilər
ABŞ İraqla Suriyadakı İran hədəflərinə və hərbi qüvvələrinə zərbələr endirə bilər.

APA xəbər verir ki, bu barədə "CBS News" Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin İraq və Suriyada bir çox hədəflərə, o cümlədən İranın şəxsi heyəti və obyektlərinə qarşı hava şəraitinə uyğun bir neçə gün zərbələr endirmək planı artıq təsdiqlənib.

Rəsmilər CBS-ə bildiriblər ki, zərbələrin vaxtını əsasən hava şəraiti müəyyən edəcək, çünki Vaşinqton hədəfləri vurarkən təsadüfən mülki şəxslərə dəyməməsinə əmin olmaq üçün aydın səma istəyir.

Qeyd olunub ki, zərbələr İranın dəstəklədiyi qruplaşma tərəfindən keçən həftə sonu İordaniyada üç ABŞ əsgərinin ölümünə səbəb olmuş pilotsuz uçuş aparatlarının hücumuna cavab vermək məqsədi daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru