"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...

Bu gün, 12:16           
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... -
"Politico" nəşri məqaləsində Azərbaycan əleyhinə əsassız iddia ilə çıxış edib. Nəşrdə qeyd olunub ki, guya, "Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal edib".
Prezidentin köməkçisi Hikmət Hacıyev buna cavab olaraq bildirib ki, "Politico" nəşrinin istinad etdiyi fakt idxal deyil, svop əməliyyatıdır: "Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu normaldır. Təəssüf edirəm ki, məqalədə svop ilə idxal arasındakı fərq göstərilmir". Onun sözlərinə görə, "Politico"nun Avropa nəşri Azərbaycandan üzr istəmək və saxta xəbər məqaləsini geri götürmək əvəzinə, dezinformasiya yaymaqda və dünya ictimaiyyətini çaşdırmaqda davam edir. Prezidentin köməkçisi, Avropa Komissiyasının enerji məsələləri üzrə sözçüsü Tim Makfinin "Aİ bazarlarını təmin edən Cənub Qaz Dəhlizi Azərbaycanın daha geniş təbii qaz sisteminə deyil, yalnız Azərbaycanın qaz yataqlarına bağlıdır" dediyini xatırladıb: "Aİ rəsmisinin bəyanatı tamamilə dəqiqdir və biz bununla tam razıyıq. Beləliklə, Azərbaycan 2024-cü ildə Rusiyadan heç bir qaz idxal etməyib. Nöqtə! "Politico" qaranlıq otaqda qara pişiyin orada olmadığını bilə-bilə uğursuz şəkildə axtarır. Azərbaycanda belə bir atalar sözü var: "Yalançını evinə qədər qovarlar".

Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov "Sherg.az"a deyib ki, Azərbaycanın Rusiyadan mavi qaz alıb Avropaya satmaq iddiası cəfəngiyyatdır. Deputatın sözlərinə görə, bir tərəfdən göstərilən məbləğ yüksəkdir, digər tərəfdən, Azərbaycan qazının Avropaya nəqli ilə bağlı infrastruktur da yoxdur:

"Yəni bu, texniki baxımdan da mümkün deyil. Azərbaycanın daxili qaz istehlakı 13 milyard kubmetrdir. Avropayada təxminən 14 milyard kubmetrə yaxın mavi qaz nəql edilir. Azərbaycan sadəcə, Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir. Əfsuslar ki, bu töhfə bəzi dairələr tərəfindən doğru qiymətləndirilmir. Azərbaycana qarşı çirkin kampaniya davam etdirilir".

Parlament üzvü vurğulayıb ki, əslində, reeksportla məşğul olan və sanksiyalardan yayınan tərəf Ermənistandır. Deputatın sözlərinə görə, biz Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistanın eksport və importunda, yəni ixrac və idxalında kəskin artımları müşahidə edirik:
"Bu da birbaşa reeksport və Qərbin sanksiyalarından yayınmaqla bağlıdır. Təəssüf ki, Qərb dairələri sanksiyalardan yayınan Ermənistanı deyil, qərəzli şəkildə Azərbaycanı hədəfə alırlar. Azərbaycanla bağlı kifayət qədər qərəzli və birtərəfli qətnamələr qəbul edirlər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.