Şahzadə Harri və Meqan Markl oğullarının dayəsini gecəyarısı evdən qovublar
18-07-2024, 12:18
Böyük Britaniyanın kralı III Çarlzın oğlu Şahzadə Harri və onun həyat yoldaşı aktrisa Meqan Markl oğulları Arçinin dayəsini qeyri-peşəkarlıq və məsuliyyətsizlik səbəbindən gecəyarısı işdən çıxarıblar.
Oxu.Az-ın "Daily Express"ə istinadla verdiyi məlumata görə, bu barədə Omid Skobi və Kerolin Düranın "Azadlıq axtarışında" kitabında xəbər verilib.
Məlumata görə, dayə cəmi iki gün ailə ilə olub. Daha sonra cütlük onları əsəbiləşdirən və narahat edən başqa bir dayəni də işdən çıxarmaq məcburiyyətində qalıblar.
Sonradan Meqan və Harri etiraf ediblər ki, evlərinin xidmətçilərlə dolu olmasını istəməyiblər. Evdə dayə olsa da, onlar uşaqlarının vəziyyətini mütəmadi yoxlamaqdan gecə rahat yata bilməyiblər.
"Şahzadə və həyat yoldaşına gecə yatmağa gedəndə evdə yalnız üçünün olması fikri xoş gəlib. Daha sonra cütlük gecə dayələrini işdən çıxarmağa və həftə ərzində işləmək üçün gündüz dayəsi tutmağa qərar verib", - deyə nəşrdə qeyd edilib.