"Windows" əməliyyat sisteminin alternativi buraxılacaq

19-07-2024, 16:58           
"Windows" əməliyyat sisteminin alternativi buraxılacaq
"Huawei" şirkəti 2024-cü ilin sonuna qədər "Windows" əməliyyat sisteminin (ƏS) alternativini buraxmaq niyyətindədir.

Oxu.Az xəbər verir ki, bu barədə "Tom's Hardware" portalı insayderlərə və sənaye analitiklərinə istinadən məlumat yayıb.

Şirkətin "HarmonyOS Next" ƏS-ni kompüterlərdə istifadə üçün aktiv şəkildə uyğunlaşdırması faktı "Huawei"in saytında ƏS-nin fərdi kompüter (FK) versiyasını göstərən şəkillərdə əks olunub. Bu şəkillərə əsasən "HarmonyOS Next"in interfeysi "Apple"ın "macOS" ƏS-nin dizaynından ilhamlanaraq hazırlanıb.

Xatırladaq ki, "HarmonyOS" mobil ƏS 2019-cu ildə ABŞ sanksiyalarına cavab olaraq hazırlanıb. Bu ƏS-nin adında "Next" prefiksi olan növbəti qolu fərdi kompüterlərdə və digər şirkət qadcetlərində işləmək üçün uyğunlaşdırılacaq. Üstəlik, "Huawei" ABŞ texnologiyalarından asılı olmayaraq tamamilə avtonom sistem təklif etmək niyyətindədir.

"HarmonyOS Next"in əsas xüsusiyyəti onun AOSP kitabxanalarından müstəqilliyi və "Android" üçün ".apk" fayllarını işə sala bilməməsi olacaq.

Bu ƏS-nin Çindən kənarda tətbiq edilib-edilməyəcəyi bəlli deyil. Məsələn, Çin "Huawei" smartfonları "HarmonyOS", beynəlxalq versiyalar isə "Android 14"ün hazırkı versiyası ilə "Android 12" əsasında EMUI ilə işləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru