“Google” milyonlarla insanın istifadə etdiyi proqramın istifadəsini dayandıracaq

20-07-2024, 10:25           
“Google” milyonlarla insanın istifadə etdiyi proqramın istifadəsini dayandıracaq
“Google” keçid qısaldıcı tətbiqi “Goo.gl”un istifadəsini məhdudlaşdıracaq.

İndex.az xəbər verir ki, tezliklə qısaldılmış keçidlərin heç biri işləməyəcək.

2019-cu ildə istifadəçilərin yeni link qısaldılmasına bağlanan və “Google” tərəfindən artıq istifadə oluna bilməyəcəyini elan edən xidmət, əvvəllər qısaldılmış keçidlər artıq yönləndirilə bilməyəcəyi üçün artıq tarix olacaq.

“Google”, 25 avqust 2025-ci il tarixindən etibarən qısaldılmış keçidlərin heç birinin düzgün ünvana yönəldilməyəcəyini açıqladı.

Məşhur şirkət açıqlamasında bu tarixdən etibarən “Goo.gl” keçidlərinin səhv səhifəyə yönəldiləcəyini və səhifədə “Google”un məşhur “404 Xətası”nın yer alacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru