"Windows" yeniləməsi "Word"ün işində problem törədib

23-10-2024, 17:24           
"Windows" yeniləməsi "Word"ün işində problem törədib
"Microsoft" Korporasiyası "Windows 11" yeniləməsindən sonra "Office" proqramları ilə bağlı problemlər haqqında məlumat verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə "XDA" nəşri diqqət çəkib.

Şirkətin dəstək səhifəsində qeyd olunur ki, "Windows 11" üçün "24H2" yeniləməsi "Office" paketinin proqramlarının işini poza bilər. Bunlara "Word" mətn redaktoru, "Excel" cədvəl redaktoru və digər ofis tətbiqləri daxildir.

"Microsoft" mütəxəssisləri izah ediblər ki, problemlər müəyyən "zərərli proqramlara qarşı müdafiə həlləri"nin işində xəta ilə bağlıdır. Görünür, nasazlıqlar "CrowdStrike"dan qoruyucu proqram təminatı olan korporativ istifadəçilərin kompüterlərində qeydə alınıb. "CrowdStrike" proqram təminatı ilə iyul ayında Windows-un işində qlobal nasazlıq baş vermişdi.

"Microsoft" və "CrowdStrike" nasazlıqların aradan qaldırılması üzərində işlədiklərini bildiriblər. Şirkətlər istifadəçilərin patch-in nə vaxt gözləyə biləcəklərini dəqiqləşdirməyiblər. Görünür, "Windows 11"in adi versiyalarının istifadəçiləri nasazlıqlardan şikayət etmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru