Təzyiqi dərhal aşağı salan 3 içki: Həkim məsləhəti

Bu gün, 12:14           
Təzyiqi dərhal aşağı salan 3 içki:
Stress zamanı təzyiqi aşağı salmağa kömək edəcək üç qeyri-adi təbii içki açıqlanıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə dietoloq Anjelika Duval danışıb. Mütəxəssis bu məqsədlər üçün kokos suyu, giləmeyvə kompotu və nar şirəsindən istifadəni təklif edib. Onun sözlərinə görə, təzyiqi normal vəziyyətə gətirmək üçün 300 ml kokos suyu və ya ilıq kompot içmək kifayətdir.

"Əgər siz müntəzəm olaraq kokos suyu içsəniz, təzyiqin artmasının qarşısını ala bilərsiniz",-deyə həkim bildirib.

Kompota gəldikdə, onun hazırlandığı giləmeyvə əsas əhəmiyyət kəsb edir. Duval qaragilə, moruq, çiyələk və qarağata üstünlük verməyə çağırıb.

Dietoloq nar şirəsinin tərkibindəki kalium, maqnezium və flavonoidlərə görə də hipotenziv təsir göstərdiyini deyib:

“Belə bir içki mədə və onikibarmaq bağırsaq xəstəliklərində, məsələn, xora və kəskin qastritdə əks göstərişdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.