Təbrizdə iki milli fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib
Bu gün, 15:47
Təbrizdə yaşayan azərbaycanlı milli fəallar Cavid Nəzmi və Vəhid Əbhəri təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bölgədəki hüquq müdafiəçilərinin sosial şəbəkələrdə yaydığı məlumata görə, Cavid Nəzmi və Vəhid Əbhəri noyabrın 23-də axşam saatlarında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıblar.
Fəalların ailələri həmin vaxtdan etibarən onlarla əlaqə qura bilməyib və onların harada saxlanıldığı və həbslərinin səbəbləri barədə məlumat əldə edə bilməyiblər.
Cavid Nəzmi və Vəhid Əbhəri uzun illərdir İranda azərbaycanlıların milli hüquqlarının təmin edilməsi üçün dinc və sivil fəaliyyət göstərən siyasi fəallardır.
Onlar bu fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıblar.