Siqaret çəkənlərin səhhəti heç vaxt bərpa olmur (Araşdırma)
7-12-2024, 00:09
Alimlərin çoxlu sayda optimist nəzəriyyələrinə rəğmən, siqaret çəkənlərin səhhəti hətta onlar bu pis vərdişlə vidalaşsalar belə, tam bərpa olmur. Tribunainfo.az-ın «ЕвроСМИ»yə istinadən verdiyi xəbərə görə, bunu son tədqiqatlar sübut edib. Təbiblərin fikrincə, sağlamlıq yalnız bir halda ziyan görmür: əgər insan heç vaxt siqaret çəkməyibsə.
Kanadalı tədqiqatçılar siqareti tərk edən bir neçə min insanın səhhətini araşdırarkən onlarda 124 genin geridönməz şəkildə zədələndiyini aşkar ediblər. Müəyyən edilib ki, ən böyük ziyan orqanizmi ciddi xəstəliklərdən qoruyan mühüm zülalların sintezinə cavabdeh olan genlərə dəyib. Söhbət xüsusilə də heç vaxt normal vəziyyətə qədər regenerasiya edə bilməyən tənəffüs yollarından gedir. Bu toxumaların analizi siqareti hətta 20-30 il qabaq atmış insanlarda öldürücü vərdişin izlərini üzə çıxarıb.