Şirvanda bələdiyyə sədri icra başçısına qarşı

3-07-2015, 00:12           
Şirvanda bələdiyyə sədri icra başçısına qarşı
Media vasitəsilə icra başçısına qarşı “gizli müharibə" aparan Kürdoğlu Muradovun hansı məqsədi güddüyü maraqlıdır


Şirvan şəhər bələdiyyə sədri Kürdoğlu Muradovla bağlı ilginc məlumatlar daxil olub. Məlumatlı mənbə qeyd edir ki, Kürdoğlu Muradov bələdiyyə sədri seçilməzdən öncə şəhər icra hakimiyyətinin memarlıq şöbəsdində baş memar vəzifəsində çalışıb. Bələdiyyə seçkiləri zamanı səs faizinə görə 2-ci yerdə olan K.Muradov sədr postuna gəlmək üçün kifayət qədər pulundan keçməli olub.

Bolgexeber.com-un redaksiyasına məlumat verən mənbə onu da bildirir ki, Kürdoğlu Muradov baş memar olduğu dövrdə Şirvanda obyektlərin inşaşı üçün bəzi yerləri qanunsuz olaraq zəbt edib və saxta icazə sənədlərilə satıb. O, bu qanunsuzluqları Şirvan şəhər torpaq şöbəsinin mudiri Salman Zamanovla birgə həyata keçirib. FHN Kürdoğlu Muradovun verdiyi saxta sənədləri qanunsuz hesab edir və artıq Ədliyyə Nazirliyinin Şirvan şöbəsində məsələ ilə bağlı araşdırmalar aparılır .
Məlumata görə, hazırda bələdiyyə sədri olan Kürdoğlu Muradov icra başçısı vəzifəsinə qədər yüksəlmək niyyətindədir. Belə ki, məclislərin birində o, Şirvanın, ya da Hacıqabulun icra başçısı olacağını bildirib. O, həm də kifayət qədər güclü dayağının olduğunu söyləyib .

Mənbənin verdiyi məlumatlardan ən maraqlısı isə bələdiyyə sədrinin pulunun gücünə arxalanaraq, bəzi media qurumlar ilə əlbir olub, Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalova qarşı qara piar aparmasıdır. Belə ki, son zamanlar bəzi mətbu orqanlarda rayon rəhbəri haqda bir çox qarayaxma xarakterli yazılar dərc edilir. Halbuki bəzi vaxtlar Bolgexeber.com-un redaksiyasına daxil olan şikayətlərə biganə qalmayan Mərdan Camalov şikayətçilərin problemlərilə maraqlanaraq, məsələnin həlli istiqamətində lazımı addımlar atılacağını bildirib.

Media vasitəsilə icra başçısına qarşı “gizli müharibə “ gizli müharibə aparan Kürdoğlu Muradovun hansı məqsədi güddüyü maraqlıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.