Borrel Netanyahu və Qalantla bağlı həbs qərarını dəstəkləyib

22-11-2024, 11:44           
Borrel Netanyahu və Qalantla bağlı həbs qərarını dəstəkləyib
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalanta qarşı həbs qərarına münasibət bildirib.

APA Anadolu Agentliyinə istinadən xəbər verir ki, Borrel sözügedən şəxslərin həbsi ilə bağlı qərarın hörmət edilməli və icra edilməli olduğunu bildirib.

İordaniyada səfərdə olan Borrel Beynəlxalq Cinayət Məhkəməsinin qərarını dəstəkləyib.

Qərarın siyasi olmadığını vurğulayan Borrel, bütün Avropa Birliyi ölkələri daxil olmaqla məhkəməyə üzv dövlətləri qərarı icra etməyə dəvət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru