Ağdamda müəllimlərdən seçki pulu yığırlar

7-04-2018, 00:00           
Ağdamda müəllimlərdən seçki pulu yığırlar
Ağdamda müəllimlərdən seçki pulu yığılır. AzEuroNews.com xəbər verir ki, bu barədə D18 hərəkatı rəhbəri Ruslan İzzətli feysbukda yazıb.

Onun sözlərinıə görə, 118 saylı Ağdam şəhər seçki dairəsinin məktəblərdə yerləşən seçki məntəqələrinin üzvləri üçün həmin məktəbin direktorları müəllimlərdən 20-30 manat yığmağa başlayıb.

“Pul yığımına səbəb isə seçkilərdə iştirak edəcək seçki məntəqə üzvlərinə yemək və çay almaqdır. Kiçik araşıdrma zamanı yalnız Ağdamda deyil, bir çox dairələrdə bu cür halların olduğunu öyrəndim.

Axı nəyə görə məktəb müəllimləri seçki məntəqəsi üzvləri üçün 20-30 manat yemək pulu ödəməlidir? Bunu seçki bülleteninin çapından milyonlar mənimsəyən MSK-a rəhbərliyi ödəyə bilmirmi?!”, – deyə R.İzzətli sual edib.

Qeyd edək ki, bu ilin dövlət büdcəsindən Mərkəzi Seçki Komissiyasına 71 milyon manat vəsait ayrılıb.
Qarşı tərəfin fikrini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.