“Vitse-prezident məni işçilərin qarşısında təhqir etdi” - BP-dən şikayət

7-04-2018, 11:59           
“Vitse-prezident məni işçilərin qarşısında təhqir etdi” - BP-dən şikayət
Bakı şəhər sakini Aslanov Aslan "BP- Azərbaycan" şirkəti tərəfindən qərəzli şəkildə işdən azad edilməsindən narazıdır. O bununla bağlı “Qafqazinfo”ya müraciət edib.

Şikayətçi bildirib ki, 4 aprel tarixində ixtisara düşüb. Buna səbəb isə şirkətdaxili uzun illərdir yerli işçilərə qarşı edilən haqsızlıqlara göz yummaması olub. “Qeyd edim ki, 2009- cu ildən şirkətdə müxtəlif işlərdə çalışmışam. 2016- cı ildən bu günə kimi isə sualtı boru kəmərlərinin bütovlüyünün təmini üzrə mühəndis vəzifəsində çalışırdım.

Son illər ərzində şirkət daxilində "BP - Azərbaycan" şirkətinin Azərbaycan Dövləti qarşısında Azəri-Çıraq- Günəşli ( AÇG) Neft Layihəsinin və Şah Dəniz Təbii Qaz Layihəsinin Hasilatın Pay Bölgüsü Hüquqi razılaşmaları çərçivəsində götürdüyü Kadrların Milliləşdirilməsi Planı yəni, texniki işçilərin, o cümlədən mühəndis və rəhbər vəzifələri tutan əcnəbi BP işçilərin milli kadrlarla əvəzlənməsi planı yə "BP - Azərbaycan" Şirkətinin “Sualtı Neft- Qaz Əməliyyatları İdarəsi”ndə yerinə yetirilməyib. Əksinə, isə ildən-ilə bu vəzifələrdə əcnəbi mütəxəssislər işə alınıb.

Bundan başqa, mən işçi olaraq dəfələrlə Əmək Məcəlləsinin tələblərinin "BP - Azərbaycan" şirkətinin həm kadrlar İdarəsinin işçiləri, həm də rəhbər vəzifə tutan şəxsləri tərəfindən pozulmasını və işçilərlə işəgötürən arasında imzalanan əmək müqavilələrinin hamısının Azərbaycanın Əmək Məcələəsinin müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə sənədləşdiriləmsini müəyyən etmişəm.

Bu qanun pozuntuları ilə bağlı BP-nin İcraçı Direktoru Robert Dadli və BP-nin Apstrim üzrə Vitse-Prezidenti Bernard Loniyə də müraciət etmişəm. Buna görə 2015-ci il tarixdən başlayaraq, rəhbər vəzifə tutan əcnəbi menecer - Nil Kitney (İngiltərə Vətəndaşı) və o cümlədən İnsan Resursları İdarəsinin Məsləhətçi vəzifələrini daşıyan işçilərinin təzyiqlərinə məruz qalmışam. Bu təzyiqlər nəticəsinə dərin psixioloji sarsıntı keçirərək, BP-nin Tibbi Sığorta Planı xətti ilə dəfələrlə həkimlərin müayinəsindən keçmişəm və mənə Obsessiv- Kompulsiv Pozuntu diaqnozu qoyulub.

Şikayətlərim qeyri-obyektiv araşdırılb və hətta nəticələrin mənə elan olunduğu rəsmi şirkətdaxili görüş zamanı mən nəticələrlə razılaşmadığım zaman BP-nin Dəniz Əməliyyatları üzrə Vitse-Prezidenti Elxan Mamedov məni BP-nin Hüquq İdarəsini və İnsan Resursları idarəsinin işçilərinin gözü qarşısında təhqir edib. Buna görə də, "BP - Azərbaycan" şirkətini qeyd etdiyim qanun pozuntuları və şikətdaxili digər qeyri-qanuni və qeyri-etik əməllərlə bağlı Nəsimi Rayon Məhkəməsinə şikayət etmişəm.

Bu dövr ərzində həm şirkətin prezidentinə də şirkət daxilində işçilərin hüquqlarının pozulması ilə bağlı dəfələrlə müraciət etmişəm . Nəticədə əsəb pozğunluğu keçirmişəm. Ona görə də bir iddia ərizəmdə əmək hüquqlarımın pozulmasına görə şirkətdən 252 min 858 dollar, səhhətimə vurulan ziyana görə isə 10 milyon dollar tələb edirəm”.

“Qafqazinfo” məsələ ilə bağlı "BP - Azərbaycan" şirkətinin Mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ilə əlaqə saxlayıb. Şikayətlə bağlı sualları yazılı şəkildə ona ünvanlayıb. Məsələyə münasibət bildiriləcəyi vurğulanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.