Bərdədə milyonçu məmurun ferması və çobanları yandı - Şok təfərrüat
9-04-2018, 00:06
Bərdə Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) sədri Natiq Hətəmovun ferması yanıb
Bu haqda saytın feysbuk üzərindən əldə etdiyi xəbərdə deyilir.
Məlumata görə, çobanlar ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilur. N.Hətəmov isə fermanın ona aid olmasını gizlədir.
Ümumiyyətlə, Bərdədə belə bir hadisə olması ört-basdır edilir. Aidiyyatı qurumlar da rəsmi xəbər yaymayıblar. N.Hətəmov MKTB sədri olsa da, özünə təsərrüfat, biznes qurub.
Dövlət məmurunun biznes fəaliyyəti qadağan olunsa da, N.Hətəmov da digərləri kimi dövlətin pulu hesabına varlanaraq özünə ferma qurub.
Dövlətdən böyük pullar mənimsəmiş N.Hətəmovun adı işçiləri istismar etməkdə, maaşlarını kəsməkdə, “ölü can”lar saxlamaqda keçir. Bu maxinasiyalar hesabına az qala milyonçuya çevrilib.
Halbuki, Bərdədə adi bir təsərrüfat idarəsi rəisidir. Ancaq onu indiyə çobanların taleyi maraqlandırmır, dəymiş ziyanın fikrini çəkir.
Məlumatlarda o da deyilir ki, N.Hətəmovu vəziyyətdən icra başçısının köməkçisi işləyən oğlu Anar Hətəmov çıxaracaq. Onun oğlu məmurlardan pul yığmaqda ittiham olunur.
Bu da yeni imkan yaradacaq ki, ata-oğul fermada dəyən ziyanı kompensasiya etmək üçün süpürgəçilərdən tutmuş məmurlar qədər hamını “tas”a oturdsunlar.
FİA.Az xəbər verir ki, Bərdə rayon Komunal Təsərrüfat Birliyinin müdiri Natiq Hətəmov rayonda əlini ağdan qaraya vurmur.
N.Hətəmov rayonun təmiz, səliqə-sahman saxlanması, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtı-vaxtında atılması işlərini başdı-başına buraxıb.
Bərdə RİH və MİS işçiləri olmasa, rayona fəlakət içində boğular. Ancaq ştat cədvəlinə baxanda Bərdə MKTB-də böyük briqadanın işlədiyi təsəvvürü oyanır.
Çünki ştatda 200 nəfərə yaxın işçinin adı keçir. Halbuki, N.Hətəmovun tabeliyində 50-ə yaxın işçi ola ya olmaya…
Deyilənə görə, N.Hətəmov icra nümayəndələrinin verdiyi hesabat üzrə “ölü can”lar yaradıb.
İcra başçısı köməkçisi vəzifəsində çalışan A.Hətəmov ayda maksimum 500, yuxarı götürsək 700 manat maaş ala bilər.
Amma Bərdədə ən bahalı maşınlardan birinə sahibdir.
Qarşı tərəfi dinləməyə hazırıq...
Fermadakı yanğınla bağlı ətraflı məlumatlar əldə etməyə çalışacağıq...
FİA.AZ
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az