Gömrük şefinin baldızına görə iki generalın adı milyonluq qovğada - sələmçilik/həbs

9-04-2018, 00:08           
Gömrük şefinin baldızına görə iki generalın adı milyonluq qovğada - sələmçilik/həbs
Dövlət Gömrük Komitəsinin sədri, general Aydın Əliyevin baldızı Şadiyə Salehli ilə keçmiş deputat Hüseyn Abdullayevin dayısı oğlu olan bəstəkar Tural Bayraməliyev arasında qovğa yaşanır

“Quska”nın dayısı oğlu generalın baldızına qarşı məhkəmə iddiası qaldıraraq ondan təzminat tələb edir.

Bu barədə ilk olaraq qafqaz xəbər qəzeti yazıb. T.Bayraməliyevin biznes ortağı Ş.Salehlini məhkəməyə verməsinin səbəbi pul söhbətidir.

Ş.Salehli isə bildirib ki, T.Bayraməliyev şərikli biznes qurmaq adı ilə onu aldadıb və 405 min dollar məbləğində pul alıb.

Bu iddianı əsassız sayan nəğməkar şair deyib ki, külli miqdarda faizə pul buraxan bu xanım haqqında irəli sürəcəyi iddialar var: “Amma bunun hüquqi müstəvidə çözülməsinə çalışacağam.

Onun barəmdə söylədiyi fikirlərin sübutu yoxdur. Şərikli işlədiyimiz zamanda mənim ona borcum qalmayıb.

Sübut edəcəm ki, dələduz mən yox, onun özüdür. Nüfuzuma xələl gətirdiyi üçün məhkəmədə ondan 500 min manat təzminat tələb edəcəyəm”.

Maraqlıdır ki, T.Bayraməliyev həm də Bakı Baş Gömrük idarəsinin rəisi Vüsal Novruzovun ana tərəfdən yaxın qohumudur.

Lakin məlum olur ki, V.Novruzovun xanımı ilə Şadiyə şərik olublar. Bunu Tural deyib. Ancaq tərəflər arasında yarım milyonluq qalmaqal davam etməkdədir.

Məlumatda bildirilir ki, bəstəkar gömrük polkovniki Ş.Salehli ilə birgə Quba rayonunda biznes quraraq ortaq olublar. Gilgilçaydan çınqıl çıxardılması və onun Bakıda satışı ilə məşğul olublar.

Ancaq sonradan bəstəkar Tural Bayraməliyev çınqıl karxanasını 3 milyona sataraq Türkiyəyə köçüb və ortağı olan Ş.Salehlinin payına düşən pulu ona verməyib.

Və bundan sonra Aydın Əliyevin baldızı və bir neçə nəfər şəxs, hansılar ki, bəstəkar Tural Bayraməliyevin əməllərindən ziyan çəkiblər, hüquq mühafizə orqanlarına müraciət ediblər.

Son məlumata görə Tural Bayraməliyev hüquq-mühafizə orqanları tərəfindən 8 gün əvvəl saxlanılıb və onun Azərbaycana ekstradisiya olunması məsələsinə 2 ay müddətinə baxılmalıdır.

FİA.Az xəbər verir ki, A.Əliyevin baldızı ilə V.Novruzovun qohumunun pul davası generalları üzbəüz qoyub.

İddialara görə, Baş Gömrük İdarəsi rəisi qohumunu xilas etmək üçün çırmanıb. Ancaq bu dəfə “daş qayaya rast gəlib”.

Çünki gömrük şefi A.Əliyevin baldızına pul atmaqda ittiham olunan V.Novruzovun qohumunu azadlığa çıxarmaq elə də asan olmayacaq.

T.Bayraməliyev bir müddət əvvəl prezidentə müraciətində məsələnin detallarını açıqlamışdı. Onun sözlərinə görə, həmin xanımla uzun illərdir işbirliyi olub:

“Onu “Daş-Çınqıl Servis” MMC adlı tikinti şirkətimdə 15 faiz rəsmi ortaqlıq müqaviləsi ilə işə dəvət etmişəm və yüksək qazanc əldə edib. Böhran zamanı şirkəti satdım.

Bir müddət sonra o, yenidən mənə şərikli çalışmaq məqsədi ilə müraciət edib ki, “birlikdə nə iş görə bilərik pul qazanaq?”

Türkiyədə, İstanbulun mərkəzində açmağa hazırlaşdığım restoranla bağlı ona iş təklifi etdim. Mən restoranı onun qatqısı olmadan da açacaqdım. Sadəcə, təklifini qırmayıb, ortaqlığa razı oldum.

Qeyd edim ki, restoranın tikinti işləri başa çatmaq üzrədir. Heç bir problrem yaranmayıb və sənədlər qaydasındadır.

Açılışına sayılı günlər qalıb. Lakin o, heç bir əsası olmayan iddia irəli sürüb. Nüfuzuma xələl gətirməyə çalışıb. Onun barəmdə söylədiyi fikirlərin sübutu yoxdur.

Şərikli işlədiyimiz zamanda mənim ona borcum qalmayıb. Bunu sübut edən məndə səs yazısı var. Hətta Ş.Salehliyə bu günə qədər külli miqdarda faizə pul ödəmişəm.

Qarşı tərəf isə məni Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla hədələyib. Həmin qadın mənə dedi ki, “idarənin rəisi Vüsal Novruzova demişəm, gör sənə neyləyəcək”.

Qeyd edim ki, Şadiyə Salehlinin həyat yoldaşı ilə Vüsal Novruzovun şərikli biznesi var.

Daha sonra Bakı şəhər prokurorunun köməkçisi Tural Aslanov mənə zəng vurub, bu sözləri deyir, “bu işə görə tapşırıq var, gəlməlisən bura, məsələni həll etməliyik”.

Hədə-qorxu gəlir. Mənim Şadiyə adlı xanıma bir qəpik borcum olmadığı halda, istintaqa cəlb olunuram. Həmin qadının dələduzluq iddiası tək mənə qarşı olmayıb.

Bir müddət əvvəl Tehranə adlı bir qadınla şərikli biznes qurub. İş istədikləri kimi yürümədiyindən ortaqlığı pozan Şadiyə ona, “sənə faizə pul vermişəm” deyib və bunun 3 mislini tələb edərək, evini əlindən aldırıb. Eyni hadisəni mənim də başıma açmaq istəyir.

Onu da diqqətinizə çatdırım ki, 2011-ci ilin mayında Bakı Baş Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzov arxamca 5 nəfər saldırıb. Onlar “Ramstore” deyilən ərazidə mənə yaxınlaşıblar.

Özlərini polis kimi təqdim ediblər. Avtomobilə oturandan sonra məni polis bölməsinə deyil, gömrüyün idarəsinə gətiriblər. Yolda dedilər ki, “idarədə hər şeyi başa düşərsən”.

V.Novruzov məni qəbul edərək, biznes fəaliyyətimə qadağa qoyub: “Bu fəaliyyətlə məşğul olmayassan, gömrüklə çalışmayassan”.

Məcbur razılaşaraq, Türkiyə ilə bağlı olan biznesimə son qoydum. 2013-cü ildə məni yenidən gömrük idarəsinə dəvət ediblər, “sənin idarəyə borcun var” deyiblər.

Rüsumu ödədiyimi bildirərək, bunu yazılı sübutla onlara təqdim etmişəm. Bundan sonra fikirlərini geri götürüblər.

İndi Şadiyə ilə əlbir olaraq, mənə təzyiq göstərir”.

DGK-nın mövqeyini dərc etməyə hazırıq.

teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.